Ruukki - dən dam örtüyü həyatınızı asanlaşdırır
Ruukki ilə dam örtüyü layihənizin asanlıqla, tez və problemsiz həyata keçiriləcəyinə əmin ola bilərsiniz. Layihənin icrası ərzində biz sizin yanınızda olacağıq və bizim dam örtüyü mütəxəssislərimiz hər an sizə köməyə gəlməyə hazır olacaqlar. Dam örtüyünün abadlaşdırılması sahəsində çoxillik təcrübəmiz, eləcə də etibarlı və uzunömürlü məhsullarımızın misilsiz keyfiyyəti sizin yeni damınızın onilliklər ərzində sizə heç bir qayğını çatdırmayacağına təminat verir.
Dam örtüyü materialları və elementləri təklifi
Dam örtüyü təbəqələri
Ruukki polad damları sizin evinizi istənilən şəraitdə qoruyur. Onlar həmçinin çox möhkəmdir və zamana tabe deyil. Müxtəlif profillər və rəngləri müqayisə edin və eviniz üçün ən optimal məhsulları seçin.
Su təchizatı sistemləri
Ruukki su sistemləri sizin evinizdən suyun etibarlı çıxarılmasını təmin edir.
Dam təhlükəsizlik elementləri
Yeni damın quraşdırılması zamanı təhlükəsizlik məsələlərini unutmaq olmaz. Ruukki qar qoruyucuları, pilləkənlər və dam körpüləri də daxil olmaqla təhlükəsizlik elementlərinin geniş spektrini təklif edir.
Keyfiyyət sinifləri
Ruukki 50
Bazarda ən yüksək davamlılıq və ən yaxşı dizayn - Ruukki - nin 50 illik genişləndirilmiş zəmanətidir. Ən yaxşısı!
- Texniki zəmanət - 50 il
- Estetik zəmanət - 25 il
- Səthin növü: mat / parlaq
Ruukki 40
Məhsulun cəlbedici dəyəri, istənilən tələbata və evin yerləşməsinə uyğun ağıllı seçim.
- Texniki zəmanət 40 il
- Estetik zəmanət 15 il
- Səthin növü: mat
Ruukki 30
Gündəlik ehtiyaclar üçün əlverişli və etibarlı seçimdir.
- Texniki zəmanət 30 il
- Estetik zəmanət 10 il
- Səthi: mat / parlaq
Dam təbəqələri təklifi
Ruukki T35
Ruukki divarlar və çardaqlae üçün yüksək keyfiyyət, uzun istifadə müddəti və formaların müxtəlifliyi ilə fərqlənən qısa profillənmiş təbəqələrin geniş çeşidini təklif edir. Qısa profilli təbəqələr adətən binaların
bayır səthləri üçün tətbiq edilir. Ruukki profilli təbəqələrindən istifadə edərək fasadın bərabər və estetik səthini yaratmaq olar.
T35 profilli təbəqələr Ruukki30 / Polyester (Polyester Matt) keyfiyyət sinifində istehsal
edilir, texniki xarakteristikalarına 30 illik, estetik xarakteristikalarına isə 10 illik zəmanət verilir.
Download documents
Broşuralar
pdf, 327,0 KB
pdf, 1,0 MB
pdf, 1,3 MB
Quraşdırma təlimatları
Sertifikatlar və bəyannamələr
Bir satıcı tapın
Damınız üçün fərdi təklif alın
Yeni damınızı planlaşdırmağa hazırsınız? Sadəcə əlaqə formasını doldurun – məlumatlarınızı ötürəcəyimiz etibarlı Ruukki tərəfdaşı sizinlə əlaqə saxlayacaq və sizə uyğun təklif təqdim edəcək.
Hələ nə lazım olduğunu dəqiq bilmirsiniz? Problem deyil! Dam layihəniz haqqında bizə məlumat verin, biz isə sizin üçün ən uyğun həlli tapmağa kömək edəcəyik.